Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın Səmərqənd şəhərinə yola düşüb.
Ərdoğan səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 15-16 sentyabr tarixlərində baş tutacaq sammitində iştirak edəcək.
O, sammit çərçivəsində bir sıra görüşlər keçirəcək.
Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi də müzakirə edəcəyi gözlənilir.