Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir.
Türkiyə liderinin rəsmi qarşılanma mərasimi keçirilib.
Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində 2 gün davam edəcək Şanxay Əməkdaşlıq (ŞƏT)Təşkilatının növbəti sammitində iştirak edəcək.
Qeyd edək ki, sammit çərçivəsində Türkiyə dövlət başçısının bir sıra liderlər, o cümlədən rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.