Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığında Dağlıq Qarabağ münaqişəsini birlikdə həll etməyi təklif edib.
Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.
“Putinlə yaxşı danışıqlar apardıq. Qarabağı ətraflı müzakirə etdik. Biz dedik: gəlin, bu problemi həll edək. İstəsəniz, bu istiqamətdə birlikdə addımlar ataq, tərəflərlə danışıqlar aparaq”, Ərdoğan söyləyib.