18 C
Baku
Sunday, April 28, 2024

Ərdoğan Putinə Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edəcək

Avqustda keçirilən görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edəcək.

Bu barədə Rusiya KİV-i diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, R. T. Ərdoğan növbəti dəfə vasitəçiliyini təklif edəcək:

“O, müharibənin qalibinin, sülhün isə məğlubunun olmaması tezisini bir daha təkrarlayacaq. Ankara dəfələrlə bildirib ki, atəşkəs mümkün qədər tez əldə olunmalıdır”.

Həm rəsmi Ankara, həm də Moskva avqust ayında liderlər arasında görüşün olacağını təsdiqləyib.

Görüşün yeri və konkret tarixi isə hələ ki, məlum deyil.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər