Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 22-ci zirvə toplantısı çərçivəsində Səmərqənd şəhərində keçirilir.
Ərdoğan və Putinin ikitərəfli əlaqələri, regional məsələləri, habelə Azərbaycan-Ermənistan dövlət sərhədindəki son hadisələri müzakirə edəcəyi gözlənilir.