15 C
Baku
Friday, April 26, 2024

Ərdoğan Qətər əmiri ilə enerji əməkdaşlığını müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşəcək.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında LNG ticarəti və digər əməkdaşlıq sahələri də müzakirə olunacaq.

Bir müddətdir ki, ölkələr təbii qaz ticarətinin daha da inkişaf etdirilməsi axtarışındadırlar. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz keçən ay Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada demişdi: “Qətər və Oman bizimlə dost və qardaş ölkələrdir. Danışıqlar davam edir. İnşallah, müsbət nəticə əldə edərik”.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər