Türkiyənin “Sakarya” yatağından çıxarılan təbii qazın quruya çatdırılması ölkənin energetika sahəsində asılılıqdan qurtulmaq üçün ilk addımıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldak vilayətinin Filyos rayonunda Qara dənizdən çıxarılan təbii qazın istifadəyə verilməsi ilə bağlı təşkil olunan rəsmi mərasimdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “Sakarya” yatağından təbii qazın çıxarılması 10 min işçi və 50 gəminin də cəlb olunduğu işlər sayəsində mümkün olub.
Ərdoğan əlavə edib ki, burada kəşf edilən təbii qazın istifadəyə verilməsi cəmi 32 il ərzində reallaşdı.