5 C
Baku
Monday, December 23, 2024

Ərdoğan Qarabağdan danışıb: “Razılaşmaların yerinə yetirilməsi prosesini yaxından izləyəcəyik”

“30 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalı zaman törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib.

“Üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsə də, 30 il ərzsində problemi yalnız daha qarışıq vəziyyətə gətirməkdən başqa heç bir iş görmədilər. Azərbaycanlı qardaşlarımız bu müddət ərzində hər zaman münaqişənin dialoq və qarşılıqlı anlaşma ilə həlli üçün səy göstərdilər. Buna baxmayaraq Ermənistan tərəfi zaman-zaman təxribatları davam etdirmiş, dialoq yollarını bağlayan tərəf olmuşdur. Ötən ilin son aylarında Ermənistan ordusu yenidən Azərbaycana hücum etdi. Belə olan halda Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında dayandıq. Türkiyənin dəstəyi, Azərbaycan ordusunun qəhrəmalığı və dastanlara yazılacaq mübarizəsi ilə bu murdar işğala son qoyuldu. Türkiyə və Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar formasında başa çatması üçün prosesi yaxından izləməkdə davam edəcəyik”, o vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər