9 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan: “Ronaldo Fələstini müdafiə edir, ona siyasi sanksiya tətbiq etdilər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya şöhrətli futbolçu Ronaldonun Fələstini müdafiə etdiyinə görə oynadılmadığını düşünür.

Banker.az xəbər verir ki, prezident bu barədə Ərzurumda gənclərlə görüşündə danışıb.

Görüşdə iştirak edən gənclərdən birinin “Əvvəlki çıxışınızda Messi yoxsa Ronaldo sualına cavabınız Ronaldo olmuşdu. Qətərdə Argentinanın final oyununa baxandan sonra fikriniz dəyişdimi?” sualına Ərdoğan belə cavab verib:

“Onları müqayisə etmək bizim işimiz deyil. Təəssüf ki, Ronaldoya qarşı siyasi sanksiyalar tətbiq etdilər. Ronaldo kimi futbolçunu 2-ci hissədə oyuna cəlb etmək və 15 dəqiqə, yarım saat oynatmaq onun həm psixologiyasını, həm də bütövlükdə enerjisini əlindən aldı. Ronaldo Fələstini müdafiə edən biridir”.

Prezident Rəcəb Tayyib Ərdoğan Kriştianu Ronaldonun transfer ediləcəyi ölkəni də açıqlayıb: “Məndə olan məlumata görə, Ronaldo Səudiyyə Ərəbistanına transfer olunacaq”.

Son xəbərlər
Digər xəbərlər