Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərə Rusiya ilə “Mir” ödəniş sisteminə alternativlər hazırlamağı tapşırıb. Türkiyənin “A Haber” telekanalı bildirib ki, Türkiyə və Rusiya rəsmiləri bu məsələ ilə bağlı danışıqlar aparıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Xatırladaq ki, sentyabrın ortalarında ABŞ Rusiyanın “Mir” ödəniş sistemi ilə əməliyyatlar aparan dövlətlərə qarşı sanksiyaların mümkünlüyünü elan edib. Bunun fonunda Türkiyənin iki bankı – “Is Bankasi” və “DenizBank” “Mir” kartlarının xidmətini dayandırıb. Daha sonra ABŞ Xəzinədarlığı Türkiyəni “Mir” sistemindən istifadənin azaldılması zərurətinə inandırmağa hazır olduğunu bildirib.