2 C
Baku
Saturday, December 14, 2024

Ərdoğan Rusiya-Ukrayna böhranının qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır

“Region bizim regionumuzdur. Biz Rusiya ilə Ukrayna arasındakı gərginliyin yeni böhrana çevrilməsini istəmirik. Bunun üçün əlimizdən gələni etməyə hazır olduğumuzu deyirik. Mən bu mesajları Putinə və Zelenskiyə çatdırdım. Düşünürəm ki, hər iki ölkə Türkiyənin səmimiyyətindən və bizim xoş niyyətimizdən xəbərdardır”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV-yə müsahibəsində deyib.

“İki ölkənin liderini Türkiyədə qəbul edib, sülh yolunu aça bilərik. Region qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib və bu, bizə çox mənfi təsir göstərir. Biz daha çox müharibə, acı istəmirik. Rusiyanın qərb ictimaiyyəti ilə münasibəti ilə bağlı bir hissə var. Biz məsələnin dialoq yolu ilə həllini və güc tətbiqindən çəkinməyi zəruri hesab edirik”, – Türkiyə lideri vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər