Ərdoğan sabah Putinlə telefon danışığı aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacaq.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.

O qeyd edib ki, danışıq zamanı iki ölkə arasında energetika sahəsində əməkdaşlıq və Rusiya-Ukrayna müharibəsinə dair məsələlər müzakirə ediləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər