5 C
Baku
Saturday, December 14, 2024

Ərdoğan sabiq iqtisadiyyat naziri Mehmet Şimşeyi geri qaytarmaq istəyir

Bazar günü keçirilən seçkilərdə hakimiyyətinin iyirmi ilini uzadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi keçmiş iqtisadiyyat və maliyyə naziri olmuş Mehmet Şimşek ilə görüşüb.

Banker.az xəbər verir ki, bunu Reuters-ə məsələyə yaxın iki mənbə bildirib.

Seçkilər ərəfəsində Ərdoğan beynəlxalq sərmayəçilərin yaxşı tanıdığı Şimşəkin siyasətlərin formalaşdırılmasına kömək etmək üçün hökumətə qayıda biləcəyini deyərkən iqtisadiyyat komandasında mümkün dəyişikliyə işarə edib.

İki mənbə görüşün məzmunu barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, M.Şimşek 2007-2009-cü illərdə maliyyə naziri, 2009-2015-ci illərdə iqtisadiyyat naziri, 2015-2018-ci illərdə baş nazirin müavini kimi çalışıb.

Son xəbərlər
Digər xəbərlər