“Seçkinin tarixinin uzadılması siyasi böhranla nəticələnə bilərdi. Bu isə zəlzələnin fəsadlarının aradan qaldırılmasına mane ola bilərdi”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərini elan edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyə vaxt itirə bilməz: “Biz yenidənqurma işlərini sürətlə davam etdirmək üçün seçkilər məsələsini ən qısa müddətdə geridə qoymalıyıq”.