12 C
Baku
Saturday, November 23, 2024

Ərdoğan sentyabrda bu ölkələrə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayının əvvəllərində Balkan ölkələrinə səfər edəcək.

Bu barədə Serbiya Prezidentinin kabineti məlumat yayıb.

Məlumata görə, Ərdoğan Serbiya, Bosniya və Herseqovina, eləcə də regionun digər ölkələrinə səfər edəcək.

Xatırladaq ki, iyunun ortalarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belqradda səfərdə olub, səfər zamanı Serbiya Prezidenti Aleksandr Vuçiç, Baş nazir Ana Brnabiç və xarici işlər naziri Nikola Selakoviçlə danışıqlar aparıb.

Bundan əlavə, Türkiyə XİN başçısı Ərdoğanın Serbiyaya gözlənilən səfəri ilə bağlı razılığa gəlib və bu səfərin tarixi müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər