Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Ofisinin “Twitter” hesabında məlumat verilib.
Telefon danışığı zamanı tərəflər Türkiyə-Almaniya münasibətləri və Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, regional məsələləri müzakirə ediblər.