Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğunu bildirib.
Bu barədə Türkiyə lideri Konya şəhərində gənclərlə görüşü zamanı deyib.
O qeyd edib ki, proses Misirlə başlayıbsa, Suriya ilə də eynisi ola bilər və siyasətdə küskünlük olmamalıdır.
“Biz (Misir Prezidenti ilə – red.) çox fərqli şeylər haqqında danışdıq. Sonradan aldığım məlumat və xəbərlərə əsasən deyə bilərəm ki, o da görüşdən çox məmnun qalıb. Normallaşma prosesi artıq başlayıb, əvvəlcə nazirlərimiz bunu davam etdirəcək” , – deyə Ərdoğan vurğulaylb.
Dövlət başçısı Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətinin artıq normallaşdığını xatırladıb.