Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 12-13-də Astanada dövlət səfərində olacaq.
Məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, oktyabrın 13-də prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VI sammiti keçiriləcək.
Forum çərçivəsində Qazaxıstan prezidentinin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.