Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə İsveçin NATO-ya üzv olmasına hazır deyil. Finlandiya mart ayında alyansa qoşulduqdan sonra, o, İsveçin üzvlüyünün onun gələcək addımlarından asılı olacağını deyib.
Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Mayın əvvəlində Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bu məsələdə hələlik irəliləyişin olmadığını bildirmişdi. Ankara Stokholmu terrorçuları dəstəkləməkdə ittiham edir.