7 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan Türkiyə Mərkəzi Bankının sədrini dəyişdi

Lirədəki rekord enişdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Fərman ilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Murat Uysal vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, bu barədə Türkiyənin hökumət nəşri olan Resmî Gazete internet saytında məlumat yayıb. Mərkəzi Bankın sədri vəzifəsinə Naci Ağbal təyin edilib.

Naci Ağbal Prezident Administrasiyasında Strategiya və Büdcə departamentinin rəhbəri idi. Naci Ağbalın yerinə İbrahim Şenel təyin edilib.

Həmçinin keçmiş İqtisadiyyat naziri Nihat Zeybekçi Prezident Administrasiyasında İqtisadi Siyasətlər Şurasına üzv təyin edilib.

Naci Ağbal 1968-ci ildə Bayburtda doğulub. İstanbul və İngiltərədə ali təhsillər alıb.

 

Son xəbərlər
Digər xəbərlər