Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müdafiə sənayesi sahəsində uğurlarından danışıb.
Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib.
O bildirib ki, Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib: “Bu sahədə 20 il kimi qısa bir müddətə böyük uğur hekayəsi yazdıq. Müdafiə proyektlərimizin büdcəsini 5.5 milyard dollardan tenderləri davam edən layihələrlə birlikdə 75 milyard ABŞ dollarına çatdırmışıq”, – Türkiyə prezidenti deyib.
“Türkiyənin yerli və milli elektrikli avtomobili olan “TOGG” ilə millətimizin 60 illik arzusunu gerçəkləşdiririk. Cümhuriyyətimizin 99-cu ildönümü münasibətilə bu avtomobilin istehsalına başladıq”, – deyə Ərdoğan əlavə edib.