1 C
Baku
Saturday, December 14, 2024

Ərdoğan Türkiyə-Rusiya-Suriya üçtərəfli görüşünün keçirilməsini təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya liderlərinin görüşünü keçirməyi təklif edib.

Bu barədə Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

O, liderlərin əvvəl isə müdafiə nazirlikləri, xarici işlər nazirlikləri və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşünü keçirməyi təklif edib.

“Türkiyə-Rusiya-Suriya üçtərəfli birliyinə dair addım atmaq istəyimizi Rusiya Prezidentinə bildirdim. Bunun üçün ilk növbədə kəşfiyyat xidmətlərimiz, daha sonra müdafiə nazirləri və xarici işlər nazirləri görüşməlidir. Onların görüşündən sonra liderlər olaraq bir araya gəlməyimizi təklif etdim. Cənab Putin müsbət reaksiya verdi. Beləliklə, biz bir sıra görüşlərə başlayacağıq”, – Ərdoğan bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər