10 C
Baku
Wednesday, December 11, 2024

Ərdoğan Türkiyədə hicaba dair Konstitusiya təminatının yaradılması təklifini irəli sürüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qadınların hicab taxmasına dair Konstitusiya təminatının yaradılması şərtini irəli sürüb.

Malatya şəhərində dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edən Türkiyə lideri Cumhuriyyət Xalq Partiyasının qanunlara qadınların hicab taxıb və ya taxmamasına dair iradə azadlığını nəzərdə tutan dəyişikliklərin edilməsi təklifinə münasibət bildirib.

“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin”, – Ərdoğan deyib.

Prezident onu da qeyd edib ki, hicab seçimi insanın şəxsi hüququdur.

Qeyd edək ki, Türkiyədə uzun müddət qadınların məktəblərdə və ictimai təşkilatlarda baş örtüyü taxmasına qadağa tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər