Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər səfərindən dönərkən yerli jurnalistlərə açıqlama verib.
“Sabah” qəzetinin verdiyi xəbərə görə, Ərdoğan Ukrayna və Rusiya arasında gərginliyi aradan qaldırmaq üçün Türkiyənin vasitəçilik etməyə hazır olduğunu diqqətə çatdırıb.
“Biz Ukraynada və ona yaxın ərazilərdə vəziyyəti izləyirik. Rusiya ilə Ukrayna arasında gərginliyin artmamasını istəyirik, əksinə regionda sabitliyin qalmasını istəyirik. Son həftələr artan gərginliyin de-eskalasiyası üçün dəstəyimizi verməyə və dialoq qurmağa yardımçı olmaq istəyirik. Hər iki tərəfin razılığı ilə dəstək, vasitəçilik yaxud digər istənilən formatda yardım göstərməyə hazırıq”, – deyə Türkiyə Prezidenti söyləyib.