19 C
Baku
Friday, October 11, 2024

Ərdoğan və Putin Astana görüşündə qaz qovşağı ideyasını müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putinin təbii qaz tranzitinin “Şimal axını”ndan Qara dənizə köçürülməsinin mümkünlüyü ilə bağlı ideyası Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə olunacaq.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Putin Rusiya Enerji Həftəsi forumunda deyib ki, Rusiya qaz tranzitini “Şimal axını”ndan Qara dəniz regionuna və Türkiyəyə köçürə bilər.

Rusiya liderinin təklifini şərh edən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, bunun həyata keçirilməsi texniki cəhətdən mümkündür və ətraflı öyrənilməlidir.

“Bu ideya çox güman ki, liderlərin cümə axşamı keçiriləcək görüşündə müzakirə olunacaq mövzulardan olacaq”, – telekanal xəbər verir.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə təbii qaz “Mavi axın” və “Türk axını” dəniz qaz kəmərləri ilə ixrac edilir.

Hazırda Rusiya Avropa İttifaqına yalnız Ukrayna vasitəsilə gündəlik, təqribən, 42 milyon kubmetr qaz, eləcə də “Türk axını”nın bir xətti ilə gündəlik, təxminən, 45 milyon kubmetr qaz ötürür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər