15 C
Baku
Sunday, November 24, 2024

Ərdoğan yaxın günlərdə Putinlə danışmağı planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yaxın iki gün ərzində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayımındakı müsahibəsində bildirib.

“Yaxın iki-üç gündə mən cənab Putinlə daha bir söhbət etməyi planlaşdırıram”, – Türkiyə Prezidenti bildirib.

O əlavə edib ki, Rusiya Prezidenti ilə taxıl sazişinin həyata keçirilməsi, Rusiya taxılının Türkiyədəki dəyirmanlarda emalı imkanlarını, habelə Putinin təşəbbüsü ilə Afrikanın daha kasıb ölkələrinə ərzaq göndərilməsi ilə bağlı fəal müzakirələr aparıb.

Son xəbərlər
Digər xəbərlər