Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, yaxın iki-üç gün ərzində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacağını gözləyir.
Ərdoğan bunu Özbəkistandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
“Qarşıdakı 2-3 gün ərzində Vladimir Putinlə əlaqə saxlaya bilsəm, onunla hazırkı situasiya ilə bağlı nə düşündüyü, xüsusən də Ukrayna ilə nizamlanma prosesinin işə salınması üçün hansı addımlar atacağı barədə danışmaq imkanım olacaq”.