Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk xarici səfərini yeni həftədə edəcək.
Ənənəni pozmayan Prezident Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək.
Türkiyə lideri orada Prezident Ersin Tatarla görüşəcək.
Qeyd edək ki, Ərdoğanın Azərbaycana rəsmi səfəri isə 13 iyuna planlaşdırılıb.