10 C
Baku
Wednesday, December 11, 2024

Ərdoğan: “Zəlzələyə davamlı 650 min evi tamamlamaq əzmindəyik”

Oktyabr-noyabr aylarından etibarən zəlzələ evlərinin təhvil verilməsinə başlayacağıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi ilə bağlı deyib: “İnşaat və bərpa işlərimiz tam sürətlə davam edir. İnşallah oktyabr-noyabr aylarından etibarən zəlzələ evlərinin ilk hissəsinin təhvil verilməsinə başlayacağıq”.

Prezident Rəcəb Tayyib Ərdoğan 6 Fevral zəlzələlərinin ürəkləri yandırdığı bu aylarda Qurban bayramının vətəndaşlar arasında qardaşlıq mühitini daha da gücləndirəcəyinə inandığını bildirib.

Zəlzələ faciəsində həyatını itirən 50 mindən çox vətəndaşı rəhmətlə anan Ərdoğan, ailələrinə səbr diləyib.

Zəlzələnin yaralarının sağalması və zəlzələdən zərər çəkənlərin ən qısa zamanda yeni evlərini tapması üçün səylərini davam etdirdiklərini ifadə edən Türkiyə Prezidenti Arxada qoyduğumuz seçki dövründə də bu həssaslığı qoruyub saxladığını söyləyib.

Tikinti və bərpa işlərinin tam sürətlə davam etdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan bildirib ki, cəmi 650 min zəlzələ evi, bunun 319 mini ilk 1 il içində olacaq.(Trend)

Son xəbərlər
Digər xəbərlər