Yüz milyonlarla insanın ümid olan Qara Dəniz Taxıl Sazişinin müddətinin yenidən uzadılması üçün danışıqlar davam edir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitinin yekunlarını dəyərləndirərkən bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski sazişin uzadılmasına tərəfdardır, Rusiya Prezidenti Vladimir Putinin də təklifləri var.
Ərdoğan, bütün bu kimi məsələlərin üzərində çalışacaqlarını diqqətə çatdırıb.