Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Millət İttifaqının namizədi kimi irəli sürüb.
Bunu AKP-nin mətbuat katibi Ömər Çelik partiya qurultayından sonra bildirib
“Nəhayət, bu mövzuda qərara gəldik”, – deyə AKP rəsmisi qeyd edib.
Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Millət İttifaqına AKP və Milliyyətçi Hərəkat Partiyası daxildir. Müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar.