10 C
Baku
Friday, January 9, 2026

Ərdoğanla Paşinyan xüsusi nümayəndələrin Türkiyə və Ermənistanda görüşməsi ilə bağlı razılığa gəlib

Bizim Ermənistanla yaxın zamanda bir saziş imzalamağımız planlaşdırılmır, sadəcə münasibətlərin hansı səmtdə normallaşması müzakirə edilir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Sani ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Ərdoğan və Paşinyan Praqa görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair xüsusi nümayəndələrin görüşlərinin artıq Türkiyə və Ermənistan ərazisində keçirilməsinə dair razılığa gəlib.

Nazir Çavuşoğlu, Azərbaycan və Türkiyənin bu mövzuda son dərəcə səmimi olduqlarını vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər