1 C
Baku
Saturday, December 14, 2024

Putin və Ərdoğan Suriya, Əfqanıstan və Liviyanı müzakirə edəcəklər

29 sentyabrdan keçiriləcək danışıqlarda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriya, Əfqanıstan və Liviyadakı vəziyyəti, o cümlədən bir sıra digər beynəlxalq problemləri müzakirə edəcəklər.

Banker.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Xatırladaq ki, daha əvvəl cənab Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcəyini söyləmişdi. Onun sözlərinə görə, dövlət başçıları gələcəkdə Suriyada nəyə nail olmaq niyyətində olduqlarını müzakirə edəcəklər. Eyni zamanda Türkiyə S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı mövqeyindən geri çəkilməyəcək.

Bu həftənin əvvəlinə Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın nümayəndələri Rusiyadakı görüşü təsdiq ediblər. Görüş Rusiyanın Soçi şəhərində baş tutacaq.

 

Son xəbərlər
Digər xəbərlər