Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFET) 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.
***
Rəcəb Tayyib Ərdoğan və Şavkat Mirziyoyev ikitərəfli əlaqələri, eyni zamanda regional məsələləri müzakirə ediblər.
Bu barədə Özbəkistanın xarici işlər naziri Vladimir Norov bildirib.
XİN rəhbəri qeyd edib ki, liderlər Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli platforması çərçivəsində dialoqun daha da inkişaf etdirilməsini müzakirə ediblər.