Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər Türkiyədə baş vermiş zəlzələləri, eyni zamanda, bu gün bir ili tamam olan Rusiya-Ukrayna müharibəsinə dair prosesləri müzakirə ediblər.
Ərdoğan zəlzələ ilə əlaqədar Türkiyə ilə həmrəylik nümayiş etdirən Zelenskiyə təşəkkür edib.
Ərdoğan, Rusiya-Ukrayna müharibəsində atəşkəs və sülhün əldə edilməsi üçün əlindən gələn hər cür dəstəyi verməyə hazır olduğunu Zelenskinin diqqətinə çatdırıb.