8 C
Baku
Thursday, December 12, 2024

Əriştə ABŞ-da ən populyar türmə valyutası oldu

Arizona Universitetinin sosioloqu Maykl Gibson-Layt-ın araşdırmasına əsasən, tez bir zamanda hazırlanan əriştə ABŞ həbsxanalarında istifadə edilən əsas “valyuta” adını qazandı. Əriştədən əvvəl isə bu statusa siqaretə məxsus idi.

Maykl Gibson-Layt öz araşdırması gedişində təqribən 60 məhkum ilə sorğu həyata keçirir. Alimin iddiasına əsasən, əriştədən həbsxana valyutası kimi istifadə edilməsi mövzu ilə bağlı digər araşdırmalarda da qeyd olunub.

Araşdırmaçı Guardian nəşrinə verdiyi müsahibəsində qeyd edib ki, əriştə asanlıqla əldə olunan və kifayət qədər kalorilidir. Məhkumlar isə bütün günlərini fiziki əmək və idman hərəkətləri edərək keçirirlər. Təbii ki, yorğun günün sonunda onlara güclərini bərpa etmək üçün belə yüksək kalorili qida lazım olur.

Verilən məlumatlara əsasən, əriştəni həbsxanada müxtəlif məhsul və xidmətlər ilə mübadilə etmək mümkündür. Uzun müddət saxlamaq mümkün olduğundan, əriştədən mükəmməl “valyuta” kimi istifadə etmək olur. Məhbuslardan biri deyib: “Bu və ya digər halda, həbsxanada hər şey pul qarşılığında baş tutur. İndi isə pul rolunu sup oynayır. Bu bir qədər kədərli olsa da, belədir”.

Maykl Gibson-Layt belə hesab edir ki, əriştənin həbsxana valyutası səviyyəsinə qədər qaldırılması özəl həbsxanaların administrasiyasının həyata keçirdiyi qənaət tədbirləri ilə bağlıdır. Araşdırma iştirakçılarının bildirdiyinə görə, son illər ərzində həbsxanalarda məhkumlara verilən qidanın keyfiyyəti və miqdarı qəfil olaraq enib.

Bazar ertəsi ABŞ ədliyyə nazirliyi ölkədəki bütün özəl həbsxanaların bağlanması haqqında planlarını açıqladı.

Son aparılan araşdırma zamanı məlum oldu ki, dövlət həbsxanaları ilə müqayisədə özəl türmələrdə təhlükəsizlik səviyyəsi aşağı, zorakılıq halı isə yüksəkdir.

Son xəbərlər
Digər xəbərlər