10 C
Baku
Friday, December 13, 2024

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC ötən il 4 mln. manata yaxın mənfəət əldə edib

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 70,99 mln. manat təşkil edib.

Qurumun maliyyə hesabatına istinadən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 70,4% çoxdur.

2017-ci ildə səhmdar cəmiyyətin uzunmüddətli aktivləri 7 dəfə artaraq 4,759 mln. manata, qısamüddətli aktivləri isə 61,6% artaraq 66,231 mln. manata çatıb.

Hesabat dövründə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı”nın cəmi öhdəlikləri 61,8% artaraq 67,302 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 8 dəfə artaraq 4,656 mln. manat, qısamüddətli öhdəlikləri 52,7% artaraq 62,646 mln. manat, cəmi kapitalı isə, təxminən, 55 dəfə artaraq 3,689 mln. manat olub.

Səhmdar cəmiyyət ötən ili 3,621 mln. manat mənfəətlə başa vurub. Halbuki qurum əvvəlki ildən 32,5 min manat zərərlə çıxmışdı.

Xatırladaq ki, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 2016-cı ilin oktyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır.

ma Palatasının növbəti Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair;
Dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.
Kollegiyaya dəvət olunmuş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi müzakirələrdə iştirak etmiş, Kollegiya üzvlərinin suallarını cavablandırmışdır.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunmuşdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər