Dondurulmuş faizlərin ödənilməsi tələb oluna bilərmi?
Banklar dollarda olan kredit borclarının qaytarılması üçün müxtəlif üsullara əl atır. Bəzi kreditlərin müddəti uzadılır, bəzilərinin illik faizləri azaldılır və s. Bir sıra banklar isə əsas borcun ödəniləcəyi təqdirdə əlavə faizin tələb olunmayacağı ilə bağlı vəd verir. Bəs bu razılaşma müştərilərin xeyrinədir, yoxsa ziyanına? Növbəti süjetdə bu suala aydınlıq gətirəcəyik.
Əsas borcunu ödə, faizi qalsın. Son dövrlər banklar bu təkliflə çıxış edir. Dollarda olan kredit borcunu qaytarmaqda çətinlik çəkən müştərilərdən yalnız əsas məbləğin ödənilməsi tələb olunur. Vətəndaşlar bunu faizlərin silinməsi kimi yox, dondurulması kimi qəbul etməlidirlər.
Ancaq bank vədinə əməl etməyib faizi hesablaya da bilər. Bunun qarşısını almaq üçün müştəri hər ay ödənişdən əvvəl və sonra hesabdan çıxarış tələb etməlidir.
Bəs kredit müqaviləsinin vaxtı bitərsə, dondurulmuş faizlərin ödənilməsi tələb oluna bilərmi?
[su_youtube url=”https://www.youtube.com/watch?v=WyXymw37sas”]
oxu.az
xezerxeber