25 C
Baku
Sunday, July 7, 2024

Əsas kapitala 12 milyarda yaxın vəsait ayrıldı

2014-cü ilin doqquz ayında ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf etmişdir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bütün maliyyə mənbələrindən əsas kapitala 11,9 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz çox vəsait yönəldilmiş, onun 70,4 faizi daxili mənbələr hesabına təmin edilmişdir.

Sərf edilmiş sərmayələrin 68,2 faizi məhsul istehsalı, 31,8 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,3 faizini təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər