10 C
Baku
Friday, December 13, 2024

Əsas kapitala 954 mln. manat yönəldilib

2017-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 954,2 milyon manat vəsaitin 751,5 milyon manatı neft sektoruna, 202,7 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 89,3 faizi məhsul istehsalı obyektlərinin, 7,7 faizi xidmət sahələri üzrə obyektlərin, 3,0 faizi isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,5 faizini təşkil etmişdir.

Banker.azın verdiyi məlumata əsasən, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,4 faiz, bank kreditləri 8,2 faiz, büdcə vəsaitləri 3,5 faiz, əhalinin şəxsi vəsaitləri 3,0 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,9 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər