Yeni dönəmdə əsas vəzifələrdən biri yeni konstitusiyanın hazırlanması və qəbul edilməsi olacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Haber telekanalının efirində deyib.
“Türkiyə əsri” konsepsiyamızın ən əhəmiyyətli hədəflərindən biri də yeni konstitusiyadır. Biz demokratiyamızı çevrilişin məhsulu olan konstitusiyadan xilas etmək istəyirik. Təbii ki, biz bunu mümkün qədər geniş konsensusla etmək istəyirik. Cümhur İttifaqı olaraq təbii ki, qiymətləndirməni ilk olaraq özümüz edəcəyik. Daha sonra atılacaq addımları müəyyən edəcəyik”, – deyə R.T.Ərdoğan bildirib.