10 C
Baku
Wednesday, December 11, 2024

Əsassız pensiya və əlillik işlərinin ləğvindən qənaətin məbləği açıqlanıb

Əsassız pensiya və əlillik işlərinin ləğvi nəticəsində qənaət əldə edilib.

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, DSMF-nin gəlirlərinin artımı, eləcə də əsassız pensiya və əlillik işlərinin ləğvi nəticəsində əldə edilmiş qənaət hesabına 2021-ci il üçün dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə ayrılan transfertin kassa icrası proqnozlaşdırılan göstəricidən 324,1 milyon manat az olub.

Həmin vəsaitlərin istifadə edilməyərək digər sosial dəstək tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəticəsində dövlət büdcəsindən tələb edilməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər