21 C
Baku
Saturday, May 4, 2024

Əsl bankirlər necə saatlar taxır?

Düzgün saat seçimi qaydaları

Yazılmamış qaydalara əsasən, qol saatlarının dəyəri onun sahiblərinin illik gəlirinin təqribən 15%-nə bərabər olmalıdır. Düzdür, bu üsulla adətən dəyəri 1000 dollardan başlayan saatları seçirlər, ona görə də adi kontor işçilərinə bu qayda şamil olunmur.Orta həlqə menecerləri özlərinə Omega, Tissot, Ebel, Longines saatlarını ala bilər. Top menecerlər isə gərək Philippe, Breguet, Blancpain, Vacheron Constantin, Franck Muller saatlarına üstünlük versin. Onların qiyməti 10 min dollardan başlayır.

Amma ciddi bankir geyiminə bu markaların heç də bütün saatları uyğun gəlməyəcək, yalnız yastı (0,5-0,8 mm), girdə və çəlləkşəkilli ağ və ya sarı qızıldan hazırlanmış (hazırda poladdan da olar), kəməri təbii dəridən və minimal əlavə funksiyaları olan saatlar bankirlərin ciddi görkəminə əlavə şarm gətirəcək.

Siferblat (saat və ölçü cihazları üzərində rəqəmlər olan lövhəcik) – yalnız ağ döşənək üzərində ola bilər, daha bir siferblatın olması da mümkündür, dəqiqə və ya saniyə repetiri (cib saatında zəng vuran mexanizm) üçün. “Saat üçdə” və ya “saat 6-da” təqvim göstəricisinin yerləşməsi də mümkündür. Digər funksiyalar və bəzəklər olmalı deyil. Əbədi təqvim, Ayın fazaları və ya digər təmtəraqları olan saatlar, o cümlədən zərgərlik işləmələri olan saatlar qeyri rəsmi tədbirlərə və vaxtlara uyğundur.Omega Museum Collection Milestone 1941 630 1

Beləliklə, işgüzar insanın saatları sadə, yastı, qızılı, qızıl bilərzikli və ya dəri kəmərli və mütləq əqrəbli olmalıdır – elektron saatlar işgüzar üsluba uyğun deyil. Biznesmenlər İsveçrə saatlarına üstünlük verirlər. Belə saatlar ciddi, əlavə bəzəksiz və eyni zamanda daha bahalı olmalıdır. Əgər əvvəllər mexaniki saatlar taxmaq nüfuz və prestij əlaməti hesab olunurdusa, hal-hazırkı dövrdə kvars saatların hazırlanması texnologiyası elə zirvələrə qalxıb ki, zaman dəqiqliyinə can atan əksər insanlar məhz kvars saatlarını alırlar.

Bu zaman xüsusi sifariş əsasında hazırlanan və az saylı seriyalara məxsus (seriya nömrələri sıfıra daha yaxın olan) saatlar xüsusi yüksək qiymətləndirilir. Beləliklə, əgər siz öz tərəfdaşlarınızda və ya əməkdaşlarınızda saatınız sayəsində təəssürat yaratmaq istəyirsinizsə Rolex, Breguet, Patek Philippe kimi firmaların saatlarını əldə edə bilərsiniz.

Gözəl nəsli (tarixi) olan məşhur marka saatlar istənilən zövqə və situasiyaya uyğun saat seçiminə imkan yaradır.Bulgari, Patek Philippe, Rolex, Swatch, Rado saatları istənilən səviyyə üçün kifayət qədər sanballıdır, eyni zamanda onları fövqəladə bahalı adlandırmaq olmaz.

Qarderobda neçə saat olmalıdır?

Bu məsələ həmişə çoxlu sual doğurur. Aydındır ki, bir neçəsi mütləq lazımdır, çünki rolik üzərində gəzərkən yəqin ki, qızıl saat taxmayacaqsan. Ya da kostyumla ağır idman saat taxmayacaqsan. Miqdar əsasən maliyyə imkanları ilə müəyyən olunur.
İdealda kişinin bu saatları olmalıdır:

1. Kostyum saatları. Adətən dəyirmi, yastı, ağ siferblatlı, əlavə novatorlar olmadan (xronoqraf, brilyant, dizayner işləmələri, qızılı və ya platin), dəri kəmər üzərində.RolexSky Dweller dial

2. İdman saatları. Kostyum saatlarının tam əksi: ağır, möhkəm sukeçirməz, polad və ya tutandan korpus, etibarlı fiksasiyası olan bilərzikli və ya kauçuk kəmər, xronoqraf, fırlanan haşiyələr, iri düymələr, aydın oxunan siferblat, əqrəblər və saatları göstərən rəqəmlər xüsusi işıqlanma effektinə malik. Ağır zərbələrə və təzyiqə tab gətirməsi üçün kvarsı mexanizmli saatları seçmək daha yaxşıdır – mexanika zərbələri sevmir.

3. Gündəlik saatlar. Axşamlar dükana düşmək istədikdə və ya iki həftəlik xarici səfərlərə (məzuniyyət) taxa biləcəyiniz saatlar. Kifayət qədər möhkəm, amma idman tərzində deyil, yetərincə eleqant və sanballı, lakin kostyum saatları kimi də deyil.

4. Mötəbər saatlar. Onlar məxsusi təəssürat oyatmaq üçün taxırlar (danışıqlar zamanı işgüzar tərəfdaşlarda, yeni əməkdaşlarda, şərik və ortaqlarda, qadınlarda və s). onlar gerçəkdən bahalı olmalı, ən prestijli markaya məxsus olmalıdır, maksimal dərəcədə novatorlara üstünlük verilir: turbiyonlar, repetirlər, əbədi təqvimlər və s. özü də bu zaman tam hədəfə düşmək olduqca vacibdir, məsələn sizin biznes tərəfdaşınız sizin turbiyonlu saatınızı dəyərləndirə bilər, amma sizin təəssürat oyatmaq istədiyiniz xanım, siferblatdakı hər hansı bir xoşagəlməz “dəliyə” görə sizin saatın qiymətinin 100000 dollar olmasında xəbərdar olmaya da bilər. Digər tərəfdən isə, indi xanımların əksəriyyəti sizin 15 metr məsafədən başdan-ayağa qədər gözdən keçirir, təbii ki, saatlar da nəzərdən kənarda qalmır.

Saatları düzgün seçmək lazımdır

Saatların ölçüsünü biləyə uyğun seçmək lazımdır. Korpusun kənarları qolun enindən kənara çıxmalı deyil – dar bilək üzərində iri şayba olduqca yöndəmsiz görünür. Əlbəttə ki, iri qollarda iri saatlar daha baxımlı təsir bağışlayır. Bilərzikli saatlar qola nisbətən boş taxılmalıdır, onları çətinliklə də olsa belə biləyin ətrafında fırlatmaq mümkün olmalıdır. Amma kəmərli saatları adətən çıx sıx taxırlar. Saatın kəmərinin rəngi ideal halda şalvarların kəmərinin və ayaqqabıların rənginə uyğun olmalıdır. Ona görə də heç olmasa bir neçə cüt (qara, qəhvəyi) dəyişən kəmərin olması çox yaxşı olardı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər