27 C
Baku
Wednesday, June 26, 2024

“Əsl dostluq”

Bir şəxs vəfat etdikdə sadiq dostu olan iti də onun yanında uzanaraq ölür.

Və budur onun və sadiq itinin ruhu üzərində “Cənnət” yazısı olan bir qapı önündə dayanır. Qapının üzərində “it ilə içəri daxil olmaq qadağandır” yazısı var idi. İnsan bu yazını gördükdə içəri daxil olmur və qapının yanından çəkilib gedir.

Onlar yollarına davam edirlər və növbəti bir qapı ilə qarşılaşırlar. Qapının üzərində heç bir yazı yox idi və yanında qoca bir kişi oturmuşdu. Kişi qoca kişidən soruşur:

-Üzr istəyirəm, bu qapının arxasında nə var?

-Cənnət.

-Bəs itlə içəri girmək olar?

-Əlbəttə!

-Bəs o əvvəl ki qapının arxasında nə var idi?

-Ora cəhənnəmdir. Cənnətə qədər yalnızca dostlarını tərk etməyənlər gəlib çıxırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər