18 C
Baku
Sunday, September 29, 2024

Əsl fədakarlıq…

Nənə və babaların öz nəvələrinə olan sevgisi sərhədsizdir. Çinin İbin şəhərindən olan səmimi bir tarixçə də bunu özlüyündə sübut edir. 14 yaşlı Fan Mey Çyu yeriyə bilməsinə baxmayaraq heç bir dərsdən geri qalmır və hər kəsdən tez gəlir. Buna görə onun 66 yaşlı nənəsinə minnətdar olmaq lazımdır. 66 yaşlı nənə nəvəsini hər gün öz belində dərsə aparır və daha sonradan geri, evə gətirir.

Fan Mey diz qapaqlarının anomaliyası ilə doğulub və onun ayaqları çəkisini daşımaq iqtidarında deyil. O ayaq üstündə dayandıqda əzablı ağrılar hiss edir.

Onun atası hələ Fan Mey kiçik olduqda ailəni tərk etmiş, anası isə başqa birinə ərə getmişdir. Belə olduqda yerimək iqtidarında olmayan azyaşlı uşaq babası və nənəsinin öhdəliyində qalmışdır. Baba həddindən artıq qoca və xəstə olduğundan nəvəsinin qayğısına qala bilmir.

Nənə hər səhər 7-də nəvəsi ilə birgə evdən çıxaraq yarım saatlıq yolu məktəbə doğru gedirlər. Məktəb onların yaşadığı yerdən 2 kilometr uzaqda yerləşir. O artıq 5 ildir ki, nəvəsini bu formada məktəbə çatdırır.

Fan Mey nənəsinə çox yük düşməməsi üçün əlindən gələni edir. O iki bambuk çubuğu ilə öz tarazlığını qoruyub saxlamağa və özü bacardığı qədər yeriməyə çalışır.

Lakin bu kədərli hadisənin xoşbəxt sonluğu var. Kiçik ailə barədə mətbuatın yazmasından sonra hökumət qüvvələri bu işə qarışmağa qərar verir. İndi ailə məktəbin yaxınlığında yeni bir evə köçüb, Fan Meyə isə sərbəst hərəkət etməsi üçün əlil arabası verilib. Həmçinin hökumət həkimlərə də müraciət etmişlər. Oxumaq həvəsində olan bu qızın tezliklə sərbəst hərəkət etməsi istisna edilmir.

Son xəbərlər
Digər xəbərlər