14 C
Baku
Saturday, September 28, 2024

“Əsl varlı və kasıb”

Bir gün varlı bir ata insanların kasıb şəraitdə necə yaşaya bildiklərini göstərmək məqsədilə öz kiçik oğlunu bir kəndə aparır. Onlar kənddə çox kasıb bir insanın evində bir gecə qalırlar. Ata ilə oğul geri döndükdə ata oğlundan soruşur:

– Səyahətimiz xoşuna gəldi?

– Hər şey möhtəşəm idi, Ata!

– İnsanların nə dərəcədə kasıb ola biləcəklərini gördünmü? – deyə ata soruşdu.

– Gördüm, Ata.

– Bəs bütün bunlardan nə nəticə çıxardın?

Oğul cavab verdi:

– Mən gördüm ki, bizim bir itimiz, onların isə dörd iti var. Bizim bağımızın ortasında hovuzumuz var. Onlar isə ucu-bucağı görünməyən çaya sahibdirlər. Biz öz bağımızı lampalarla işıqlandırırıq, onlara isə bütün ulduzlar parlayır. Bizim yekə həyətimiz, onların isə güllü-çiçəkli yamacları var.

Eşitdiyi sözlərdən atanın nitqi quruyur.

Oğlu isə əlavə edir:

– Bizim necə kasıb olduğumuzu başa saldığın üçün təşəkkürlər, ata!

Son xəbərlər
Digər xəbərlər