26 C
Baku
Saturday, July 6, 2024

Əslində London İngiltərənin ən kiçik şəhəridir

Bu necə ola bilər? Axı London dünyanın ən böyük şəhərlərindən biridir. Bu şəhər nəinki Böyük Britaniyanın paytaxtıdır, həmçinin bizim planetimizin siyasi, mədəni və iqtisadi mərkəzlərindən biridir. Hal-hazırda Londonda faktiki səkkiz milyondan çox nəfər yaşayır. Lakin insanların əksəriyyəti 32 rayondan ibarət olan Böyük Londonun (London bürosu) ərazisində yaşayırlar.

Biz London deyəndə adətən London Sitini nəzərdə tuturuq. London Siti romalılar tərəfindən tikilmiş qədim divarın sərhədlərində yerləşən şəhərin tarixi mərkəzidir. Sitinin ümumi sahəsi cəmi 1,12 kvadrat mil təşkil edir. Buna görə şəhəri həm də «kvadrat mili» adlandırırlar. Sitidə təxminən yeddi min nəfər qeydə alınıb. Buna görə tarixçilərin nöqtəsi nəzərindən, Londonda məhz yeddi min nəfər yaşayır. Üstəlik, hər gün bura təxminən 300 min insan işə gəlir və bundan da çox turistlər ziyarətə gəlirlər.

Yeri gəlmişkən, London yaşayış məntəqəsi romalılar tərəfindən b. e. 47-ci ilində salınmışdı. Şəhərin ətrafındakı divar isə II əsrin sonunda tikilmişdi. Və o zamandan etibarən Sitinin sərhədləri dəyişməyib. Şəhərin mərkəzi hissəsində məşhur London körpüsü və Temzanın yarısı yerləşir. London Sitinin sərhədləri şəhərin gerb qalxan ilə bəzədilmiş qara sütunlar ilə qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər