7 C
Baku
Thursday, December 12, 2024

“Əsrin hakeri” gimnaziya tələbəsidir

Məlum olub ki, ötən həftə Almaniyada baş vermiş ən böyük kiberqalmaqalın təqsirkarı Hessen əyalətindəki gimnaziyalardan birinin tələbəsidir. Bu gənci sosial şəbəkələrdə profillərin “qırılmasında”, yüksəkvəzifəli alman siyasətçilərin və ictimai xadimlərin şəxsi məlumatlarının oğurlanmasında ittiham edirlər. Ümumilikdə, 949 nəfər hakerin qurbanı olub.

Banker.az AzerTag-a istinadla xəbər verir ki, hakerin yaşını nəzərə alan prokurorluq onun adını və ünvanını açıqlamayıb. Almaniyada gənc vətəndaşlar “gənclik qanunvericiliyi” adlı kateqoriyaya aid edilirlər ki, bu qanun onların şəxsi məlumatlarının açıqlanmasını qadağan edir.

Hadisəni araşdıran alman polisi əvvəlcə bu əməlin xarici ölkələrdən birinin kəşfiyyatı tərəfindən törədildiyini güman edib, lakin ertəsi axşam “casusun” şəxsiyyəti müəyyən edilib və onun evində axtarış aparılıb.

Son xəbərlər
Digər xəbərlər