10 C
Baku
Tuesday, November 26, 2024

Ət dükanında nəzarət-kassa aparatının quraşdırılması mütləqdirmi?

Ət məhsullarının pərakəndə satışı ilə məşğul olmaq istəyirəm. Ət məhsullarının pərakəndə satışını həyata keçirən mağazada nəzarət-kassa aparatı quraşdırılmalıdırmı?

Dövlət Vergi xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət fəaliyyəti üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Qeyd olunanlara əsasən, ət məhsullarının satışı üzrə pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

Son xəbərlər
Digər xəbərlər