5 C
Baku
Friday, January 10, 2025

Əvəzolunmaz əməkdaş olmaq mümkündürmü?

Əgər bu suala səmimi cavab istəyirsinizsə, onda bilin ki, cavab “yox”-dur: çünki tamamı ilə əvəzolunmaz insan və eləcə də əməkdaşlar mövcud deyil. Amma heç şübhəsiz ki, mütəxəssisin dəyərlilik dərəcəsi az və ya çox ola bilər. Xüsusi-vacib mütəxəssis statusuna necə yiyələnmək olar? Bu zaman daha unikal keyfiyyətlərə və səriştəyə malik olmaq tələb olunur.

Bir neçə qonşu sahəyə bələd olmaq

Əmək bazarı universal mütəxəssisləri xoşlayır. Öz üzərinə kifayət qədər geniş öhdəliklər dairəsini götürə bilən peşəkarla işləmək işəgötürən üçün daha əlverişlidir. Məsələn əcnəbi dil bilgiləri olan, xarici şəriklər üçün təqdim hazırlaya və onlarla danışıqlarda iştirak edə bilən marketinq mütəxəssisi adi mütəxəssisdən daha yaxşıdır.

Dar ixtisaslı peşəkar sahələrdə təkmilləşmək

Bu yuxarıda qeyd etdiyimiz istiqamətin əksidir: siz çox dar peşəkar seqment tapır və həmin sahənin əsl ekspertinə, öz işinizin ustasına çevrilirsiniz. Siz bu sahədə o qədər yaxşı ad çıxarmalısınız ki, həmin sahə ilə bağlı suallar yarananda həmkarlarınız yalnız sizə müraciət etsinlər. Məsələn, bankda (xüsusən də Azərbaycanda) heç də hamının akreditivlərdən başı çıxmır (bura nadir, lakin istifadə edilən canlı dilləri bilməyi də aid etmək olar, məsələn macar və ya norveç dilləri).

Müştərilərlə yaxınlaşın

Müəyyən müştərilərin və ya tərəfdaşların əhatəsinə girin, qoy onlar sizi “öz adamları” kimi yaxın bilsinlər. Bəzən biz özümüz də işimiz düşəndə, sadəcə yaxşı mütəxəssis deyil, məhz “tanıdığımız mütəxəssisi” axtarırıq. Yəni biz konkret tanıdığımız insanla iş görməyi xoşlayırıq: çünki onlarla ünsiyyətdə olmaq bizə xoşdur, axı biz onlara etibar edə bilirik. Əgər rəhbərlik bilsə ki, müəyyən müştəri əhatəsi sizin diqqətinizi və peşəkarlıq səviyyənizi qiymətləndirir, onda bu, sizin bir əməkdaş kimi də dəyərinizi yüksəldəcək.

Kompaniyanın hədəflərinə öz hədəfiniz kimi yanaşın

Söhbət heç də sizin öz individual maraqlarınızdan imtina etməkdən getmir: sadəcə qoyulan tapşırıqlara başqa baxış bucağından yanaşın, sanki siz özünün kompaniyanın sahibkarısınız. Bu motivasiyanın səviyyəsini yüksəldəcək, sizi daha effektiv həll yollarının tapılmasına ruhlandıracaq. Deməli sizin işiniz daha məhsuldar (təsirli) olacaqdır.

Peşəkar reputasiyanızı qoruyun

Əgər peşəkar dairələrdə sizi tanıyır və qiymətləndirirlərsə, onda rəhbərinizin –işəgötürən də sizin qiymətinizi biləcək və sizə dəyər verəcək. Öz komandanın tərkibində yüksək səviyyəli mütəxəssisə sahib olmaq nəinki faydalı, həm də prestijlidir. Bir sözlə dəyərli kadr olmaq –parlaq nailiyyətlər, faydalı kontaktlar əldə etmək və həmçinin də həmkarlar əhatəsində məqsədyönlü PR fəaliyyəti hesabına qazanılır.

Müdiriyyət (boss) ilə konstruktiv qarşılıqlı əlaqələr saxlayın. Son nəticədə, əməkdaşın kompaniyada nə qədər uzunmüddətli və nə dərəcədə məhsuldar çalışması məhz müdirdən asılıdır. Müdirinizi müşahidə edin, onun xarakterinə və idarəetmə üslubuna uyğun davranmağa (bir növ onun damarını tutmağa) çalışın. Əmək prosesi üçün psixoloji cəhətdən əlverişli iş mühiti, xoş abı-hava yaratmağa səy göstərin.

Belə güman edirəm ki, dəyərli əməkdaş olmaq istiqamətində atılan ən vacib addım – yüksək peşəkarlıq və səriştəlilik səviyyəsidir. “Bizim firmada hal-hazırda ixtisar gedir” kimi pıçıltıları belə halda siz kifayət qədər sakit şəkildə qəbul edə biləcəksiniz.

Son xəbərlər
Digər xəbərlər